Elçe La Liqaya qayıtdı

02.06.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İspaniya Sequndasının 42-ci tur matçında "Deportivo" öz meydanında "Elçe"yə 0:4 hesabı ilə uduzub.

Oxu.Az xəbər verir ki, bu qələbə yaşıl zolaqlılara 2022/2023 mövsümündən sonra ilk dəfə La Liqaya qayıtmağa imkan verib.

"Deportivo" 53 xalla 15-ci yerdə qərarlaşıb və Sequndada qalıb. "Elçe" isə 77 xalla mövsümü ikinci pillədə tamamlayaraq La Liqaya yüksəlib.

Xatırladaq ki, daha əvvəl "Levante" Sequndanın qalibi kimi La Liqaya çıxıb. Həmçinin yüksək divizionda oynamaq hüququ uğrunda pley-off mərhələsinin yarımfinalında "Almeria" - "Oviedo" (7 və 11 iyun) və "Rasinq" - "Mirandes"lə (8 və 12 iyun) qarşılaşacaq. Pley-off mərhələsinin final oyunları iyunun 15 və 21-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью