Əlcərvan Sahibə Qafarovaya başsağlığı verdi

28.12.2024

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu göndərib.

Bu barədə Teleqraf.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Baş verən faciə haqqında xəbərdən çox kədərləndiyini bildirən Əhməd Məhəmməd Əlcərvan bu çətin günlərdə Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə həmrəy olduğunu söyləyib.

O, Milli Məclisin sədrinə, baş verən faciə zamanı vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmalarını diləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью