Əlcəzair Fransaya qarşı yeni tədbirlər görməyi planlaşdırır | Icma.az
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paris, 17 aprel, AZƏRTACFransa və Əlcəzair arasında gərginliyin azalmasına olan ümidlər boşa çıxıb, iki ölkə arasında vəziyyət daha da pisləşib.AZƏRTAC xəbər verir ki, hazırda Əlcəzair Fransanın bu ölkəyə qarşı həyata keçirdiyi cavab tədbirlərini nəzərdən keçirir.
Əlcəzairin Xarici İşlər Nazirliyinin nümayəndəsi Sofiane Şaib fransızdilli “Əlcəzair III” radio kanalına “Bizdə müvafiq tədbirlərin tətbiq ediləcəyi şəxslər barədə hələlik dəqiq məlumatlar yoxdur.
Buna görə təəssüflənirik. Onların adları məlum olandan sonra addımlar atacağıq”, - deyə bildirib.O, həmçinin deyib ki, iki ölkə arasında böh
Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşının həbsi vəziyyəti gərginləşdirib.
“Əlcəzair və Paris arasında yaranan bu gərginliyə görə Fransanın daxili işlər naziri məsuliyyət daşıyır.
O, iki ölkənin rəhbərləri arasında baş tutan telefon danışığından sonra tərəflər arasında başlayan yaxınlaşmaya mane olmaq istəyir.
Daxili işlər naziri səkkiz ay əvvəl qeydə alınan bir işi yenidən qızışdırıb və Amir Dzat kimi tanınan Əmir Buxorsun oğurlanması ilə bağlı məsələdən istifadə edib.
Tam oxu
Xəbəri oxu