Əlcəzair Rusiyadan Su 57E qırıcıları alıb

13.02.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Əlcəzair Rusiyadan beşinci nəsil Su-57E qırıcıları aldığını təsdiqləyib. 
Demokrat.az
 xəbər verir ki, bu barədə Şimali Afrika ölkəsinin dövlət televiziyası məlumat yayıb.
Bir neçə ərəbdilli resurs, o cümlədən Defence Arabic portalı bu məlumatı təsdiqləyib. Qeyd olunur ki, Əlcəzair hərbi pilotları hazırda qırıcı təyyarələri idarə etmək üçün təlim kursları keçir.
Su-57E-lərin Əlcəzairə ilk tədarüklərinin 2025-ci ilə planlaşdırıldığı bildirilir. Alınan qırıcıların sayı hələlik məlum deyil.
Əfsanə Kamal
Demokrat.az

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью