Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paris, 3 fevral, AZƏRTAC
Əlcəzairdə əməliyyat zamanı 4 silahlı zərərsizləşdirilib, xeyli silah-sursat ələ keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt Əlcəzair şəhərinin qərbində həyata keçirilən əməliyyat ölkədə davam edən antiterror tədbirləri çərçivəsində reallaşdırılıb.
Rəsmi mənbələr əməliyyatın məqsədinin bölgədə fəaliyyət göstərən silahlı qrupların tam zərərsizləşdirilməsi olduğunu bildirib.
Qeyd edək ki, Əlcəzairdə 1990-cı illərdən bəri silahlı qruplar fəaliyyət göstərir. Son illər bu qrupların qarşısı əhəmiyyətli dərəcədə alınsa da, onların bəziləri ucqar dağlıq ərazilərdə hələ də fəaliyyət göstərir.