Əlcəzairdə meşə yanğınlarında ən azı 12 nəfər ölüb

27.08.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Əlcəzairin bir neçə əyalətini bürüyən meşə yanğınları nəticəsində azı 12 nəfər həlak olub.

Bu barədə ölkənin daxili işlər naziri Səid Sayud bildirib.

Cicel əyalətində beş, Becayədə dörd, Tizi-Uzuda isə üç nəfər həlak olub. 54 nəfər yanıq xəsarətləri alıb, onlardan altısı reanimasiyadadır.

Əlcəzairin Mülki Müdafiə Xidmətinin məlumatına görə, çərşənbə günü ölkə boyu 154 meşə yanğını qeydə alınıb. Becayə əyalətində 36 yanğın baş verib ki, onlardan da 18-ni nəzarət altına almaq mümkün olub.

Yanğınlar Şimali Afrikanı, xüsusən də Əlcəzair və Tunisi bürüyən şiddətli istilər fonunda baş verib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью