Əlcəzairdə sərnişin avtobusu aşıb 6 nəfər ölüb, 22 nəfər yaralanıb

07.08.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əlcəzairin şimal-şərqində, Konstantin əyalətində 79 nömrəli Milli Magistralda hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə axtarış-xilasetmə və tibbi qruplar göndərilib.

Əlcəzair Mülki Müdafiə Baş İdarəsi qəzada altı nəfərin öldüyünü, 22 nəfərin yaralandığını açıqlayıb.

Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara aparılıb və ərazidə xilasetmə işləri davam edir.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью