Əlcəzairin Konstantin Universitetinin müəllimləri Şərqşünaslıq İnstitutunda olublar

08.12.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 dekabr, AZƏRTAC

Əlcəzairin Konstantin Universitetinin müəllimləri dekabrın 8-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Konstantin Universitetinin Qərb Ölkələri Araşdırmalar Mərkəzinin müdiri tarix elmləri doktoru Hüseyn Bubidi, həmin universitetin müəllimləri, tarix elmləri doktorları Həmzə Qadiri və Murad Bileydi AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.

Əlcəzairli müəllimlər Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq üzrə aparılan tədqiqatlarla maraqlanıblar. Akademik G.Baxşəliyeva institutda ərəb ölkələrinin tarixi və iqtisadiyyatı, ərəb filologiyası, eləcə də din və ictimai fikir sahəsində aparılan tədqiqatlardan, nəşr olunan kitablardan danışıb. Şərqşünaslıq İnstitutunda aparılan araşdırmalar əlcəzairli müəllimlərin böyük marağına səbəb olub.

Görüşdə Konstantin Universiteti ilə Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq imkanları da müzakirə olunub.

Əlcəzairli qonaqlar daha sonra Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı, Ərəb filologiyası, Din və ictimai fikir şöbələrində olub, şöbələrin əməkdaşları ilə fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью