ƏlCəzirə: Suriya müxalifəti hökuməti formalaşdırmağı Məhəmməd əlBəşirə həvalə edəcək AZƏRTAC

09.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 dekabr, AZƏRTAC

Dəməşqdə hakimiyyətə gələn silahlı müxalifət keçid hökumətini formalaşdırmağı suriyalı siyasətçi Məhəmməd əl-Bəşirə həvalə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bundan əvvəl Fransanın “Le Figaro” qəzeti öz mənbələrinə istinadla xəbər vermişdi ki, Suriyanın sabiq baş naziri Riyad Hicab keçid dövründə Suriya hökumətinin rəhbəri olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью