Elçibəyin Bakıdakı evi qarət olundu FOTO

10.12.2024

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.

Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə mərhum prezidentin yaxınları məlumat veriblər.

Bildiriblər ki, evdən kombi və bir sıra əşyalar aparılıb.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edilən şəxs saxlanılıb. Həmin şəxs Saatli rayon sakinidir.

Əlavə məlumat verəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью