Elçibəyin Bakıdakı evi talandı

11.12.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.

Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə mərhum prezidentin yaxınları məlumat veriblər.

Bildiriblər ki, evdən kombi və bir sıra əşyalar aparılıb.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. Həmin şəxs Saatlı rayon sakinidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью