Elçibəyin evini o qarət edibmiş Yeni Gündəm

11.12.2024

Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabiq prezident Əbülfəz Elçibəyin Bakıdakı evindən oğurluq edilməsi ilə bağlı cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Səmid Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Məlumata görə, sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.

Fakta görə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. /Teleqraf.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью