Elçibəyin köməkçisi yenidən bələdiyyə üzvü seçildi

30.01.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib.

Yekunda 1 milyon 874 min 810 nəfəri səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 31,45 faizini təşkil edir.

MSK-dan bildirilib ki, ümumiyyətlə, bütün dairələrdə seçkilər normal keçib, gün ərzində Mərkəzi Seçki Komissiyasına seçkilərin nəticəsinə təsir edə biləcək heç bir məlumat daxil olmayıb.

Modern.az-ın məlumatına görə, bələdiyyə üzvlüyünə seçilənlər arasında tanınmış şəxslər də var.

Onlardan biri də mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov . O Sabunçu bələdiyyəsinin üzvü seçilib.

Qeyd edək ki, Oqtay Qasımov bundan əvvəlki seçkilərdə də həmin bələdiyyənin üzvü seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью