Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyədə televiziya aparıcılarının çıxışlarına qulaq asanda belə qənaətə gəlirsən ki, Ukrayna-Rusiya münasibətlərini dərindən bilən yoxdur.
Modern.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Birliyinin (BAB) sədri, mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli bildirib.
O qeyd edib ki, hadisələrə sadəcə Amerikaya nifrət prizmasından baxırlar və buna görə də ortaya qeyri-obyektiv və dayaz şərhlər çıxır.
Aqil Səmədbəylinin sözlərinə görə, gənclər arasında hələ də yaxşı təhlilçilər var, amma onların da televiziya kanallarına çıxışı yoxdur.
"Təəssüf ki, Türkiyədə empatiya mədəniyyəti çox zəifdir, hətta yox dərəcəsindədir.
Mən bunu ali təhsillilərdən birinin Azərbaycan-İsrail münasibətləri ilə bağlı yazısında gördüm.
Bu, həm Azərbaycan-İsrail münasibətlərində, həm də Rusiya-Ukrayna müharibəsində özünü göstərir.