Elçilikdə duzlu su verilən bəydən inanılmaz hərəkət VİDEO

18.11.2024

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elçilikdə duzlu su verilən bəydən inanılmaz hərəkət - VİDEO

Elçilikdən olan görüntülər sosial şəbəkələrdə demək olar ki, hər gün trenddədir. Bu yaxınlarda paylaşılan video izləyiciləri güldürüb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Qız istəmə zamanı bəy namizədə duzlu kofe ilə yanaşı duzlu su da verilib. Qəhvəni içməzdən əvvəl suyu içən və suyun duzlu olduğunu anlayan bəy namizədin hərəkəti çox danışılıb.

Duzlu suyu bir müddət ağzında saxlayan bəy elçilik zamanı dönüb və yerə tüpürüb. Həmin anlar sosial şəbəkələrdə yayılıb. Bəzi istifadəçilər bəyə güldüklərini bildirərkən, bəzi istifadəçilər gəlinliyə "bu qədər də olmaz" deyərək reaksiya verib.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью