Elçin Ağamalı: Partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri legitimdir

24.01.2026

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


"Ana Vətən Partiyasının 25 oktyabr 2025-ci ildə keçirilən qurultayından sonra (ilk 5-6 gün istisna olmaqla) müzakirələrin fərqli məcraya yönəlməməsi üçün istər mətbuatdan, istərsə də sosial şəbəkələrdən mənə ünvanlanan sualları cavablandırmaqdan mümkün olduğu qədər çəkinmişəm. Partiyada yaranmış durumun qarşılıqlı şəkildə oturub danışılaraq həll olunması üçün çox saylı təşəbbüslər göstərsəm də addımlarım müsbət qarşılığını görməmişdir. Şəxsimə qarşı olan haqsız münasibətlə barışaraq, geri addım atmaq barədə düşüncələrim olub və bu fikri müəyyən məqamda səsləndirmişəm də. Ancaq qurultaydan sonra partiyada gedən proseslər məni bu fikrimdən daşındırıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri Elçin Ağamalı səsləndirib. Onun sözlərinə görə, qurultaydan sonra onun namizədliyini dəstəkləyən rayon (şəhər) təşkilatlarının sədrlərinə qarşı təqib prosesi başlayıb və onlar əsassız iddialarla və bir çox hallarda isə heç bir səbəb göstərilmədən partiya sıralarından və partiya vəzifələrindən xaric olunublar:
"Bu isə partiyanın mövcud yerli təşkilatlarının 4/3-deməkdir. Qərarlar qeyri legitim partiya strukturlarının adından verilib və ardından daha çox sayda qanunsuz qərarların qəbul olunması ilə nəticələnib. Nizamnamə maddələrinin bütün mümkün müddəalarının pozuntusu ilə müşayət olunan növbəti qurultay hazırda partiyanın yerləşdiyi binanın akt zalında gizli şəkildə keçirilməkdədir. Bakı şəhəri və yaxın şəhər, rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur".
Elçin Ağamalı deyib ki, rayon (şəhər) təşkilatlarının sədrləri pozulmuş hüquqlarının bərpa olunması və qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğv olunması məqsədilə məhkəməyə müraciət ediblər:
"Onların bundan sonra müdafiə olunması mənim üçün artıq bir vicdan məsələsidir. Məhkəmə prosesinin gedişi barədə mətbuata mütamadi açıqlamalar veriləcəkdir".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью