Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 27 may, AZƏRTAC Bu gün Bakı Dövlət Universitetinin tələbə və məzunları üçün əlamətdar gün
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində BDU-nun rektoru Elçin Babayev deyib.
Rektor bildirib ki, BDU hər il olduğu kimi Karyera Festivalını Dövlət Məşğulluq Agentliyi ilə birgə təşkil edir.
Agentliyin dəstəyi universitetin məzunlarla bağlı məlumatların araşdırılmasına kifayət qədər kömək edir.
“Bugünkü Karyera Festivalı həm sərgidən, həm də yeni formatda təşkil etdiyimiz digər tədbirlərdən ibarətdir.
Bunların sırasına təlimlər, seminarlar və müzakirələr daxildir. Bu müzakirələr bir sıra dövlət qurumlarının iştirakı ilə keçiriləcək.
Müzakirələr məzunlar üçün çox əhəmiyyətli olacaq, onlar həmçinin öz suallarına cavab alacaqlar.
Festivalda 100-dən çox dövlət və biznes qurumunun nümayəndələri iştirak edirlər. Onlar işəgötürən olaraq öz təkliflərini verirlər.