Elçin Bayramov təltif edildi

20.12.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moldova Respublikasının Prezidenti Maya Sandu ölkə qarşısında xüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə bir sıra şəxslərə fəxri adlar, medallar təqdim edib.

News24.az xəbər verir ki, təltif olunanlar sırasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da var. Soydaşımız Moldova Azərbaycan dostluğu və əməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəal iştirakına görə Moldova Respublikasının “Vətəndaş xidmətlərinə görə” medalına layiq görülüb.

Moldova Prezidenti təltiflərin təqdimetmə mərasimində çıxış edərək fəxri ad və medal alanların işini yüksək qiymətləndirib, onların cəmiyyətin, ölkənin birliyində, inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью