Elçin Cananov “Şahdağ Qusar”dan niyə ayrıldı?

27.06.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2-ci liqada çempion olub, 1-ci liqaya yüksələn “Şahdağ Qusar”ın direktorunun ayrılıq xəbəri yayıldı.

Qusar klubu “instaqram” hesabında ayrılığı belə təqdim edib:

“Məlumat üçün bildirmək istəyirik ki, komandamızın direktoru Elçin Cananov klubun sponsoru və eyni zamanda təsisçisi olan şirkət rəhbərliyi ilə fikir ayrılıqları səbəbindən “Şahdağ Qusar” FK MMC-nin direktoru vəzifəsindən istefa verib”.


“Football-plus.az”ın əldə etdiyi məlumata görə, ayrılığın ciddi səbəbləri var. Kluba sponsorluq edən “AZENKO” şirkətinin 1-ci liqada iddialılardan biri olmaq üçün ayırmalı olduğu pul yoxdu. Bu isə Cananovun iddiası ilə üst-üstə düşmür. Yəni o, komandasının 1-ci liqada “qapazaltı” olmasını istəmir, sponsorun isə artıq pulu yoxdu. Üstəlik komandanın ev oyunlarını keçirəcəyi stadionla bağlı da qeyri-müəyyənlik var.
Bütün bu məqamlar yolların ayrılmasına gətirib çıxarıb.
MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью