Elçin Əmirbəyov Braziliyada mühüm görüşlər keçirib I FOTO

18.03.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

Danışıqlar zamanı Azərbaycan-Braziliya ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sahəsində qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı vəziyyətinə toxunan Elçin Əmirbəyov, tərəflərin sülh sazişi layihəsi üzrə danışıqları başa vurduğunu müsbət qiymətləndirib. Eyni zamanda, Ermənistan tərəfindən uzunmüddətli sülhə çatmaq yolunda qalan ciddi maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb, xüsusilə də Ermənistan Konstitusiyasından Azərbaycanə qarşı ərazi iddialarının çıxarılmasının zəruriliyini qeyd edib.
Elçin Əmirbəyov həmçinin Braziliya diplomatik akademiyasının - Rio Branco İnstitutunun rəhbərliyi ilə görüşüb və orada tələbələr qarşısında çıxış edib, həmçinin yerli TV Brazil telekanalına müsahibə verib. Prezidentin nümayəndəsinin Braziliyadakı səfəri davam edir.
AzVision.az
Qalereya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью