Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçin ölkəmizdəki səfiri Luis Morsinq ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər və İsveç-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.