Elçin Əmirbəyov NATO Baş katibin müavini ilə Bakı İrəvan sülh prosesini müzakirə edib

22.01.2026

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı daimi nümayəndəliyi "X" hesabında paylaşım edib.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə edilib.

Tərəflər həmçinin qeyd ediblər ki, 2025-ci ildə Şimali Atlantika Şurası səfirlərinin Azərbaycana ilk səfəri və Prezident İlham Əliyevlə görüşü NATO ilə tərəfdaşlıq tarixində əhəmiyyətli hadisə olub.

"NATO və Azərbaycan arasında qarşılıqlı faydalı tərəfdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, Azərbaycanın fəal və etibarlı tərəfdaş kimi Şimali Atlantika Alyansı rəhbərliyi altında həyata keçirilən sülhməramlı əməliyyatlara və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, humanitar minatəmizləmə sahəsində əməkdaşlıq, həmçinin regional təhlükəsizlik və digər məsələlər üzrə ətraflı müzakirə aparılıb", – məlumatda qeyd olunur.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью