Elçin Göyçaylı həbs olundu

18.07.2025

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Müğənni Elçin Göyçaylı həbs olunub.

Axşam.az-ın məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

Araşdırma zamanı onun sərxoş halda avtomobil idarə edərək manevr qaydalarını pozduğu müəyyənləşib. Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib. 

Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnı müəllifidir. O, daha çox “Nə oldu, Paşinyan?” ifası ilə məşhurdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью