Elçin Məmmədov Avropa Liqası matçında

04.02.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 13-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью