Elçin Məmmədov “Fənərbağça” “Atletik” oyununa təyinat alıb İdman və Biz

07.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Avropa Liqasının VI turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Atletik” (İspaniya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma dekabrın 11-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью