Elçin Məmmədov Konfrans Liqasına təyinat alıb

25.11.2024

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının IV turunda keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Kopenhagen” (Danimarka) matçında cari mövsümdə yeni tətbiq olunan UEFA Matç Direktorunun (UEFA Venue Director) mentoru kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 28-də Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.

"Sabah"a bu dəfə yerli məşqçi “Sabah” Renduliçi göndərdi - Rəsmi Azərbaycan-Rusiya matçı üçün millimizin heyəti açıqlanıb Millimizin heyətində dəyişiklik edilib Berdıyev "Turan"dan gedir?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью