Elçin Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb

05.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

İdman.biz xəbər verir ki, I kateqoriyaya malik təmsilçimizin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi 11-28 iyunda 16 komandanın iştirakı ilə keçiriləcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью