Elçin Məsiyev Avropa Liqasının oyununu idarə edəcək

01.08.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının III təsnifat mərhələsində Rumıniyanın ÇFR və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək ilk oyuna təyinat alıb.

News24.az xəbər verir ki, Məsiyev qarşılaşmanın baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov yan xətt, Fərid Hacıyev dördüncü hakim qismində yardım edəcək.

İspaniyalı Sezar Soto Qrado VAR hakimi, Alexandro Munyis Ruis isə VAR hakiminin köməkçisi funksiyasını yerinə yetirəcək.

Avqustun 7-də "ÇFR Kluj" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью