Elçin Məsiyev Belçika klubunun oyununu idarə edəcək AZƏRTAC

26.11.2024

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 noyabr, AZƏRTAC

FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Serkle Brügge” (Belçika) – “Harts” (Şotlandiya) oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью