Elçin Məsiyev belçikada 3 dəfə əlini cibinə salıb | Icma.az
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
FİFA referimiz Elçin Məsiyev növbəti dəfə UEFA Konfrans Liqası oyununu idarə edib.
Sport24.az xəbər verir ki, o, Liqa mərhələsinin IV turunda keçirilən "Serkle Brügge" (Belçika) – "Harts" (Şotlandiya) oyununun baş hakimi olub.
Ona laysmanlar - Elşad Abdullayev və Pərvin Talıbov kömək edib. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirib.
Meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada ədalət təmsilçimiz belçikalıların bir, qonaqların isə iki futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, "Serkle Brügge" 7 xalla 11-ci, "Harts" isə 6 xalla 17-ci pillədə qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu