Elçin Məsiyev Çempionlar Liqasının oyununu idarə edəcək

18.07.2025

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Qaynarinfo xəbər verir ki, Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Riyeka” (Xorvatiya) - "Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью