Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın FIFA referisi Elçin Məsiyev U-17 Dünya Çempionatının qrup mərhələsinin III turunda keçiriləcək Vyetnam - Mali oyununun baş hakimi olacaq.
Apasport.az xəbər verir ki, Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Qətərdən olan Abdulhadi Alruyali, ehtiyat köməkçi hakim funksiyasını isə həmyerlisi Zahi Snaid Əlşammari yerinə yetirəcək.
Noyabrın 26-da Qətərin Doha şəhərindəki "Aspire Zone" kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Əvəzedicilər Liqası: X turun təyinatları açıqlanıb I Liqa: IX turun təyinatları açıqlanıb I Liqa: IX turun təyinatları bəlli olub Qərb derbisinin biletləri satışa çıxarılıb “Yaşıl Top” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş keçirilib