Elçin Məsiyev Gürcüstan Portuqaliya oyununda

16.06.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə edib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью