Elçin Məsiyev Konfrans Liqası matçına təyinat aldı

26.11.2024

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Serkle Brügge” (Belçika) – “Harts” (Şotlandiya) oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью