Elçin Məsiyev məşhur komandaların oyununu idarə edəcək Konfrans liqasında

26.11.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasında Belçikanın "Serkl Brügge" və Şotlandiyanın "Harts" komandaları arasında keçiriləcək IV tur matçına təyinat alıb.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 28-də Brügge şəhərində yerləşən "Jan Breydel" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью