Elçin Məsiyev Millətlər Liqasına təyinat aldı

15.11.2024

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

FIFA referisi Elçin Məsiyev UEFA Millətlər Liqasının matçına təyinat alıb.

Adalet.az xəbər verir ki, referi VI turda C Liqasının 3-cü qrupunda keçiriləcək Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Benks və Endryu Medli olacaqlar.

Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью