Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

27.01.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

525.az-ın məlumatına görə, o, Danimarkada yerli "Midtyullann" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları arasında keçiriləcək Liqa mərhələsinin VIII turunun oyununu idarə edəcək.

E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, "Midtyullann" - "Dinamo" qarşılaşması yanvarın 29-dan 30-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью