Elçin Məsiyev UEFA Millətlər Liqasının matçına təyinat alıb

15.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

FIFA referisi Elçin Məsiyev UEFA Millətlər Liqasının matçına təyinat alıb.

"Cebheinfo.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, referi VI turda C Liqasının 3-cü qrupunda keçiriləcək Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Benks və Endryu Medli olacaqlar.

Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью