Elçin Məsiyevə UEFA dan növbəti təyinat

05.03.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. 

 

E.Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

1-ci kateqoriyaya malik E. Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью