Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb."Football-plus.az" xəbər verir ki, o, Avropa Liqasının liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək.
Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.