Elçin Məsiyevə UEFA dan təyinat

03.11.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elçin Məsiyevə UEFA-dan təyinat

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb. 

QOL.az xəbər verir ki, o, Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Anderlext” (Belçika) – “Zaltsburq” (Avstriya) oyununu idarə edəcək.

Belçikada keçiriləcək görüşdə Məsiyevin köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını isə Nicat İsmayıllı yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью