Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq. “Qarabağ” bu gün doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək.
Azərbaycan derbisini Elçin Məsiyev idarə edəcək. Ədalət təmsilçisi cari mövsümdə “Qarabağ”ın 5, “Neftçi”nin 2 oyununu idarə edib.
Belə ki, mövsümün açılış matçında “Araz-Naxçıvan” “Qarabağ” önündə darmadağın olmuşdu (1:4).
Həmin oyunun 78-ci dəqiqəsində Elvin Cəfərquliyev qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Misli premyer-liqasının 9-cu turunun “Sumqayıt” – “Qarabağ” (0:1) matçının gedişində Elçin Məsiyev zədələndiyinə görə fasilədən sonra baş hakim funksiyasının 4-cü hakim yerinə yetirmişdi.
Ağdam təmsilçisi Kamran Əliyev oyunu idarə etdiyi vaxt fərqlənməyi bacarmışdı.
Premyer-liqanın 16-cı turunda “Qarabağ” “Sabah”la heç-heçə etmişdisə (1:1), 19-cu turda “Şamaxı”nı məğlub etməyi bacarmışdı (3:2).
Derbiyə qədər Məsiyev sonuncu dəfə Misli premyer-liqasının 22-ci turunun “Qarabağ” – “Səbail” matçını idarə edib.