Elçin Mirzəbəyli: Azərbaycandan kənara çıxan rəqəmsal gəlirlər vergiyə cəlb olunmalıdır

02.12.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xarici platformalar əldə etdikləri gələn ödənişlərə vergi tətbiqi zəruridir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Millət vəkili vurğulayıb ki, xarici rəqəmsal platformalar üzərindən Azərbaycandan kənara milyonlarla manat çıxır və bu platformalar ölkəyə vergi ödəmədən gəlir əldə edirlər. O bildirib ki, dünya ölkələrində rəqəmsal platforma vergisi tətbiq olunur və Azərbaycanda da bu istiqamətdə addımların atılması vacibdir.

E.Mirzəbəyli həmçinin qeyd edib ki, hazırda media sahəsinin bəzi seqmentlərinə vergi güzəştləri tətbiq edilir və eyni yanaşmanın digər media platformalarına da genişləndirilməsi məqsədəuyğundur.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью