Elçin Mustafayev: Məqsədimiz Şahdağ Qusar la oyunda qələbə qazanmaqdır

08.09.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1-ci Liqanın 2-ci turunun mərkəzi qarşılaşması Binə qəsəbə stadionunda baş tutacaq. Çempionluğa əsas namizədlərdən sayılan "Şahdağ Qusar" "Karvan-Yevlax"ı qəbul edəcək. Qusar təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovun ötən mövsüm məhz yevlaxlıların "sükanı arxası"nda olması da matça rəng qatan faktlardandır.

Qonaqların futbolçusu Elçin Mustafayev qarşıdakı oyunla bağlı gözləntilərini Fanat.Az-a bölüşüb:

"Vacib oyunlardan biridir. Matça səylə hazırlaşırıq. Məşqçinin tapşırıqlarını yerinə yetirib uğurlu nəticə əldə etməyə köklənmişik. Məqsədimiz "Şahdağ Qusar"la oyunda qələbə qazanmaqdır. Meydana 3 xal üçün çıxacağıq. Yevlağa qələbə ilə qayıtmaq istəyirik".

Qeyd edək ki, "Şahdağ Qusar" - "Karvan-Yevlax" görüşü sentyabrın 9-da keçiriləcək. Matçın start fiti 16:30-da səsləndiriləcək.

Nihat 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью