Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

09.07.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən mövsümü 1-ci Liqa təmsilçisi "Mingəçevir"də keçirən müdafiəçi Elçin Mustafayev yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən oyunçu karyerasını 1-ci Liqada davam etdirəcək.

26 yaşlı futbolçu Premyer Liqada sonuncu yeri tutaraq elitadan düşən "Karvan-Yevlax"la anlaşıb. Tərəflərin yaxın vaxtlarda müqavilə bağlayacağı gözlənilir.

Yevlax komandasına hazırda ötən "futbol ili"ndə "Mingəçevir"i çalışdırmış Ramiz Məmmədov rəhbərlik edir. Klub Məmmədovun  təyinatını rəsmən açıqlamayıb.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью