Elçin Quliyev azadlığa çıxdı

25.06.2026

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, general 10 il 6 aylıq həbs müddətini günə-gün başa vurub.

O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib.

Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью