Elçin Quliyev general mayoru vəzifəsindən azad etdi FOTO

17.05.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi əvəzi general-mayor Faiq Məmmədov vəzifəsindən azad olunub.

Metbuat.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Məlumata görə, Faiq Məmmədov DSX Aparatında əvvəlki vəzifəsinə qaytarılsa da, sonradan təqaüdə göndərilib.

Qeyd edək ki, o, 2024-cü ilin oktyabrında DSX Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edildikdən sonra bu vəzifəni icra edirdi.

Elçin Quliyevin digər əmri ilə general-mayor Ramin Bağırov DSX Akademiyasının rəisi təyin edilib.

Fotoda: Faiq Məmmədov

Fotoda : Ramin Bağırov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью