Elçin Quliyev Hacı Əliyevə rütbə verdi FOTO

15.04.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevə rütbə verilib.

Ölkə.Az xəbər verir ki, bu barədə idmançı instaqram hesabında paylaşım edib.

H.Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin ona mayor rütbəsi verdiyini bildirib: 

“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.

Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”, - deyə o yazıb.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью