Elçin Quliyevə ağır itki

15.07.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sabirabad rayon bələdiyyəsinin keçmiş sədri Şamil Qasımov vəfat edib.

Avtosfer.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Ş.Qasımov yaşla əlaqədar xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Qasımov Şamil Murtuza oğlu 1943-cü il iyunun 11-də Sabirabad rayonunun Cavad kəndində anadan olub. 2010-2019-cu illərdə Sabirabad bələdiyyəsinin sədri vəzifəsində işləyib.

O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti İdarə Heyətinin sədri Zakir Quliyev və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, keçmiş deputat Elçin Quliyevin dayısıdır.

Allah rəhmət eləsin!/ölkə.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью