Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə DSX-nin hərbi qulluqçuları təltif ediliblər.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müavinləri general-leytenant Mehdiyev İlham İsmayıl oğlu və general-leytenant Nağıyev Əfqan Vəli oğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunublar.